📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

ƏRDOĞAN PUTİNİ YENƏ GÖZLƏMƏYƏ MƏCBUR ETDİ - O da hirsini bloknotdan çıxardı + VİDEO

2022-10-15 12:34:00

ƏRDOĞAN PUTİNİ YENƏ GÖZLƏMƏYƏ MƏCBUR ETDİ - O da hirsini bloknotdan çıxardı + VİDEO

Bundan əvvəl Rusiya prezidenti Putini iki dəfə ayaq üstə gözlətdirən prezident Rəcəb Tayyib Ərdoğan Astanada keçirilən sammitdə də eyni şeyi edib.

Hurriyyet.az xəbər verir ki, Türkiyə liderini gözləyərkən kifayət qədər gərgin olduğu müşahidə edilən Putinin Ərdoğan zala girərkən əlindəki dəftəri stolun üstünə çırpması diqqət çəkib.

Qeyd edək ki, prezident Ərdoğan 9 mart 2020-ci ildə Moskvaya gedərkən Rusiya Federasiyasının Prezidenti Vladimir Putin görüşə 2 dəqiqə gec gəlib. Ərdoğanın 2 dəqiqə gözləməsi “diplomatik rüsvayçılıq” kimi qiymətləndirilmişdi.

Prezident Ərdoğan da 2020-ci ildə baş verən hadisənin “qisas”ını ilk dəfə iyulun 19-da Tehranda keçirilən toplantıda alıb. Ərdoğan Putini təxminən 1 dəqiqə gözləməyə məcbur edib.

Daha sonra, sentyabrın 17-də Ərdoğan Putini Səmərqənd sammitində yenidən bir dəqiqə gözlədib.  

Turkgun.com