ƏRDOĞAN PUTİNLƏ DANIŞDI... – Gündəmə dair əsas məsələlər müzakirə edilib + VİDEO
2023-04-27 18:00:00
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla Rusiya Prezidenti Vladimir Putin arasında telefon danışığı olub.
Hurriyyet.az xəbər verir ki, görüşdə Türkiyə-Rusiya əlaqələri və regional məsələlər müzakirə edilib.
Ərdoğan telefon danışığı zamanı Putinə “Akkuyu” Atom Elektrik Stansiyasının inşasıyla bağlı verdiyi töhfələrə görə təşəkkür edib.

Görüş zamanı Rusiya-Ukrayna müharibəsinin gələcək taleyi, taxıl müqaviləsi ilə bağlı məsələlər, həmçinin Suriyadakı hadisələr də müzakirə edilib.
Görüşdə vitse-prezident Fuat Oktay, prezidentin sözçüsü İbrahim Kalın və MİT rəhbəri Hakan Fidan da iştirak edib.
Azpolitika.info