📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Ərdoğan Putinlə danışdı: Vaxtı çatdı!

2022-07-11 17:00:00

Ərdoğan Putinlə danışdı: Vaxtı çatdı!

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan rusiyalı həmkarı Vladimir Putinlə telefon əlaqəsi saxlayıb.

Hurriyyet.az xəbər verir ki, bu barədə “TRT Haber” məlumat yayıb.

Tərəflər Suriyadakı vəziyyətlə yanaşı, Rusiya-Ukrayna müharibəsi və Qara dənizdə taxıl ixracı üçün təhlükəsiz dəhlizlərin yaradılması ilə bağlı məsələləri müzakirə edib.

Ərdoğan bəyan edib ki, BMT-nin Qara dənizdə taxıl ixracı üçün təhlükəsiz dəhlizlər yaratmaq planına uyğun hərəkət etməyin vaxtı çatıb.