Ərdoğan: “Putinlə görüşümüz olacaq” – Astanada hansı tədbirlər keçiriləcək?
2022-10-07 15:43:00
Hurriyyet.az “Vestnik Kavkaza” portalına istinadla xəbər verir ki, Türkiyə Prezidenti R.T.Ərdoğan rusiyalı həmkarı Vladimir Putinlə yaxın 3-4 gün ərzində görüşəcəklərini bildirib.
Qazaxıstanın paytaxtı Astana şəhərində oktyabrın 13-də Asiyada Qarşılıqlı Əlaqə və Etimad mövzusunda sammit, növbəti gün – yəni oktyabrın 14-də isə MDB sammiti baş tutacaq. Qazaxıstan 2022-ci ildən MDB-yə sədrlik edir.
Qazaxıstan Prezidentinin mətbuat xidmətinin verdiyi xəbərə görə, Ərdoğan 12-13 oktyabr tarixlərində Astanada səfərdə olacaq. Putin həmin günlərdə Qazaxıstanın paytaxtına səfər edəcək.
Hürr Tərcüman