📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Ərdoğan Putinlə münasibətlərindən danışıb

2022-11-10 11:41:00

Ərdoğan Putinlə münasibətlərindən danışıb

Hurriyyet.az xəbər verir ki, Türkiyə Prezidenti R.T.Ərdoğan rusiyalı həmkarı Vladimir Putinlə münasibətlərinin etibarlı olduğunu söyləyib.

O, Türk Dövlətləri Təşkilatının dövlət başçılarının Özbəkistanda keçiriləcək sammitində iştirak eləmək üçün yola düşmzdən əvvəl jurnalistlərə açıqlamasında deyib: “Əvvəl də söylədiyim kimi, bu, lider siyasətidir. Biz cənab Putinlə birlikdə bunun zərurətini dərk eləmişik. Aramızda yüksək səviyyədə etibar olmasaydı, biz bunu edə bilməzdik. Bir-birimizə olan hörmətimiz bizi bu addımları atmağa sövq edir”.

Sonra Ərdoğan qeyd edib: “Aramızda atom enerjisi sahəsində həmrəylik var. Ola bilər ki, Sinopda bununla bağlı addım atarıq. Müdafiə sahəsindəki əməkdaşlığımız da bizdə qarşılıqlı hörmət yaradır”.

Hürr Tərcüman