Ərdoğan Putinlə üzbəüz danışmaq istəyir
2023-08-21 19:21:30
Hurriyyet.az “Vestnik Kavkaza” portalına istinadla xəbər verir ki, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan sentyabr ayında Rusiya Prezidenti R.T.Ərdoğanla görüşəcəyinə ümidvar olduğunu söyləyib. Ərdoğan Türkiyə XİN rəhbərinin yaxın günlərdə Rusiyaya səfər edə biləcəyini də deyib.
Ərdoğan bildirib ki, payızda Hindistanda G20 sammiti və ABŞ-da BMT-nin Baş Assambleyası tədbirləri keçiriləcək. Onun sözlərinə görə, iki liderin üzbəüz danışmaq imkanı yaranacaq.
Ərdoğan Hakan Fidanın yaxın zamanlarda Rusiyaya səfər edə biləcəyini söyləyib. Prezident taxıl müqaviləsi ilə bağlı əyani fəaliyyətin vacibliyindən danışıb. Prezidentin fikrincə, yalnız canlı danışıqlar nəticə gətirə bilər.
Hürr Tərcüman