📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Ərdoğan: “Qardaşım Əliyev Rusiyanı ən yaxşı tanıyan liderlərdən biridir”

2022-03-25 16:27:00

Ərdoğan: “Qardaşım Əliyev Rusiyanı ən yaxşı tanıyan liderlərdən biridir”

Hurriyyet.az “RİA Novosti” informasiya agentliyinə istinadla xəbər verir ki, Türkiyə Prezidenti R.T.Ərdoğan Brüssel səfərindən geri qayıdarkən təyyarədə jurnalistlərə müsahibəsində Azərbaycan Prezidenti İlham Əliyevin Rusiyanı hər kəsdən yaxşı tanıyan liderlərdən biri olduğunu söyləyib. Ərdoğan Rusiya ilə Ukrayna arasındakı vəziyyətin xarici siyasətin əsas mövzusu olduğu söyləyib.

Ərdoğan deyib: “Biz ölkəmizə səfər edən liderlərlə regionun problelərini müzakirə edirik. Məsələn, mənim qardaşım, Azərbaycan Prezidenti İlham Əliyevin Türkiyəyə birgünlük səfəri zamanı bizim əsas müzakirə mövzumuz Rusiya ilə Ukrayna məsələsi oldu. O, Rusiyanı hamıdan yaxşı tanıyan liderlərdən biridir. Onun cənab Putin ilə münasibətləri bəllidir”.

Ərdoğan Əliyevi Ukraynadakı vəziyyətlə bağlı “ən yaxşı analitiklərdən biri” adlandırıb, “onunla çox aydın və açıq danışmaq imkanı” olduğunu qeyd edib.

Hürr Tərcüman