📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Ərdoğan Qazaxıstana səfər edəcək – ortaq fond yaradılır

2022-10-05 18:39:00

Ərdoğan Qazaxıstana səfər edəcək – ortaq fond yaradılır

Hurriyyet.az “Vestnik Kavkaza” portalına istinadla xəbər verir ki, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan oktyabr ayında Qazaxıstana rəsmi səfər edəcək. Bu barədə məlumatı Türkiyənin Xəzinə və Maliyyə nazirinin mavini Murat Zaman ilə görüşdən sonra Qazaxıstanın Maliyyə nazirinin müavini Abzal Abdikərimov verib. O deyib: “Türkiyə Prezidentinin Qazaxıstana səfəri iki ölkə arasındakı münasibətlərin gələcək inkişafına güclü təkan verəcək”.

Nazir müavinlərinin Ankaradakı görüşü zamanı Türk İnvestisiya Fondunun yaradılması müzakirə edilib. Hazırda Türk Dövlətləri Təşkilatının üzvü olan dövlətlər fondun hüquqi bazasının yaradılması üzərində çalışırlar.

Hürr Tərcüman