📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Ərdoğan “Qazprom”un başçısı ilə görüşdü

2022-12-09 19:07:00

Ərdoğan “Qazprom”un başçısı ilə görüşdü

Hurriyyet.az xəbər verir ki, Rusiyanın “Qazprom” şirkətinin nümayəndə heyəti şirkətin sədri Aleksey Millerin rəhbərliyi altında Türkiyəyə işgüzar səfər edib.

Səfər çərçivəsində Rusiya nümayəndələri Prezident R.T.Ərdoğanla görüşüblər. Görüşdə Türkiyənin Energetika və Təbii Sərvətlər naziri Fatih Dönmez də iştirak edib.

“Qazprom”un mətbuat xidmətinin açıqlamasında deyilir: “Görüş zamanı Rusiya qazının Türkiyə istehlakçılarına çatdırılması ilə bağlı məsələlər, həmçinin, Türkiyədə qaz qovşağının yaradılması perspektivləri müzakirə edilib”.

Hürr Tərcüman