Ərdoğan: “Qərb Ukraynaya silah adı altında metal tullantısı göndərir”
2022-09-07 19:06:00
Hurriyyet.az TRT Haber kanalına istinadla xəbər verir ki, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan bu gün Belqradda Serbiya prezidenti Aleksandr Vuçiçlə danışıqlardan sonra keçirilən mətbuat konfransında deyib: “Qərb ölkələrinin Ukraynaya tədarük etdiyi silahları metal qırıntılarından başqa bir şey adlandırmaq olmaz. Onlar Ukraynaya silah göndərdiklərini deyirlər. Əllərində nə qədər metal tullantısı varsa, onu Ukraynaya göndərirlər".
Hürr Tərcüman