Ərdoğan Qəzzada baş verənləri “müharibə cinayətləri” adlandırıb
2023-12-01 18:02:15
Hurriyyet.az “Anadolu Agentliyi”nə istinadla xəbər verir ki, Türkiyə Prezidenti R.T.Ərdoğan son aylarda Qəzzada baş verən hadisələri “müharibə cinayətləri” adlandırıb.
Ərdoğan deyib: “Qəzzada baş verənlər bəşəriyyətə qarşı cinayətdir. Müharibə cinayətidir. Bunları törədənlər beynəlxalq hüquq qarşısında mütləq cavab verməlidirlər”.
Prezident Ərdoğan bu sözləri BMT-nin İqlim Dəyişiklikləri Çərçivə Konvensiyasının 28-ci Tərəflər Konfransı çərçivəsində Dubayda keçirilən tədbirindəki çıxışı zamanı deyib.
Hürr Tərcüman