📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Ərdoğan: "Qəzzada insanlığın ölməsi Avropada Qərb dəyərlərinin, BMT-nin də ruhunun ölməsidir" - VİDEO

2024-05-29 14:36:57

Ərdoğan:

Hurriyyet.az "Anadolu Agentliyi"nə istinadla xəbər verir ki, Türkiyə Prezidenti R.T.Ərdoğan Türkiyə Böyük Millət Məclisində hakim Ədalət və İnkişaf Partiyasının (AKP) qrup iclasındakı çıxışında Fələstinin Qəzza bölgəsində baş verənlərdən danışarkən deyib: "Qəzzada insanlıq öldüyü bir zamanda, Avropada demokratiya, insan hüquqları, söz azadlığı, mətbuat azadlığı, qadın hüquqları, uşaq hüquqları ölür".
Ərdoğan bundan sonra heç bir avropalının təkəbbürlə, barmağı ilə hədələyərək Qərb dəyərlərindən dərs keçməyə haqqının olmadığını söyləyib.
Ərdoğan deyib: "İllərdir bütün tribunalarda "Dünya beşdən böyükdür" deyə nida edirik. Ey BMT, XXI əsrdə bütün bəşəriyyətin canlı yayında izlədiyi bir soyqırımı dayandıra bilmirsənsə, sən nə işə yarayırsan?"
Ərdoğan daha sonra deyib: "Soyqırımını dayandırmaq bir yana, BMT öz əməkdaşlarını, yardım işçilərini belə qoruya bilmədi. Qəzzada təkcə insanlıq deyil, BMT də ruhu ilə birlikdə ölüb".

Ərdoğan deyib: "Buradan islam dünyasına da iki kəlmə sözüm var - ortaq qərar vermək üçün daha nəyi gözləyirsiniz?"

Ərdoğan Qəzza küçələrində şəhid nəşlərinin itlər tərəfindən yeyilməsindən, çadırlarda qaçqınların diri-diri yanmasından, atasının qucağındakı başı qopmuş körpədən danışıb.


Hürr Tərcüman