Ərdoğan Qəzzadakı vəziyyətlə bağlı çağırış edib
2023-10-25 14:41:52
Hurriyyet.az xəbər verir ki, Türkiyə Prezidenti R.T.Ərdoğan bugünkü çıxışında İsrail-Fələstin münaqişəsi ilə bağlı bir sıra açıqlamalar verib.
Ərdoğan dərhal atəşkəs elan edilməsi və girovların qarşılıqlı şəkildə dəyişdirilməsi çağırışı edib.
Türkiyə Prezidenti Fələstin-İsrail münaqişəsinin nizamlanması üçün konfrans keçirilməsini təklif edib və Türkiyənin Fələstin üçün təminatçı ölkələrdən biri olmağa hazır olduğunu bəyan edib.
Hürr Tərcüman