📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Ərdoğan qonşu respublikaya səfərə hazırlaşır

2022-07-29 14:35:00

Ərdoğan qonşu respublikaya səfərə hazırlaşır

Hurriyyet.az xəbər verir ki, Türkiyənin Xarici İşlər naziri Mövlud Çavuşoğlu ilə gürcüstanlı həmkarı İlya Draçişvili danışıqlar zamanı Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Gürcüstana səfərinin mümkünlüyünü müzakirə ediblər.

Gürcüstan XİN-in rəhbəri deyib: “Biz yaxın zamanlarda qarşılıqlı şəkildə yüksək səviyyəli səfərlər edilməsinin zərurətindən, o cümlədən Ərdoğanın yaxın zamanda Gürcüstana səfər edə biləcəyindən danışdıq".

Draçişvili iki ölkə arasındakı ticari-iqtisadi əlaqələrin dinamik şəkildə inkişafını da diqqətə çatdıraraq deyib: “Gürcüstan Türkiyənin özəl sektorunun nümayəndələrinin dövlət strukturları tərəfindən dəstəklənməsi üçün maksimum dərəcədə səy göstərir”.

Hürr Tərcüman