📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Ərdoğan-Rəisi telefon söhbəti: Türkiyədən açıqlama

2023-10-16 16:47:13

Ərdoğan-Rəisi telefon söhbəti: Türkiyədən açıqlama

Türkiyə və İran prezidentləri Rəcəb Tayyib Ərdoğan və İbrahim Rəisi davam edən Fələstin-İsrail münaqişəsinimüzakirə ediblər.

Hurriyyet.az xəbər verir ki, bu barədə Türkiyə Prezident Administrasiyasının Kommunikasiya Ofisi açıqlama yayıb.

İki lider münaqişənin gərginliyini azaltmaq üçün lazım olan addımlara dair müzakirə aparıblar.

“Ərdoğan bildirib ki, münaqişəyə ən qısa zamanda son qoyulması regional və qlobal sülh üçün vacibdir və Türkiyə Qəzzaya humanitar yardım çatdırmaq üçün səy göstərib. Prezident bəyan edib ki, münaqişə tərəflərinin atdığı qarşılıqlı müsbət addımlar yekun həllə gətirib çıxaracaq”, - deyə hesabatda qeyd olunur.

yenisabah.az