Ərdoğan: “Rusiya ilə aramızda razılaşma var, detalları gizli saxlayacağıq”
2021-11-18 15:01:00
Hurriyyet.az “RİA Novosti” informasiya agentliyinə xəbər verir ki, Türkiyə ilə Rusiya S-400 Hava Hücumundan Müdafiə sistemlərinin birgə istehsalının detallarını gizli saxlamaq barəsində razılaşıblar. Bu barədə açıqlamanı Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan dünənki çıxışında verib: “S-400 üçün hissələrin istehsalından danışarkən qeyd etməliyəm ki, biz Rusiya tərəfi ilə hələlik heç bir təfərrüat barəsində açıqlama verməməyi qərara almışıq. Ona görə də indi bu barədə heç nə deməyəcəyəm”.
Hürr Tərcüman