Ərdoğan: “Rusiya ilə Ukrayna arasında vasitəçilik eləməyə hazırıq”
2021-11-29 16:28:00
Hurriyyet.az “RİA Novosti” informasiya agentliyinə istinadən xəbər verir ki, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan rəsmi Ankaranın regionda sülhü dəstəklədiyini və Moskva ilə Kiyev arasında vasitəçilik eləməyə hazır olduğunu bildirib. Ərdoğan bu məsələni rusiyalı həmkarı Vladimir Putin ilə dəfələrlə müzakirə elədiyini söyləyib. Türkiyə Prezidenti deyib: “Biz regionda sülhün tərəfdarıyıq. Biz dəfələrlə bu məsələni dost Rusiya dövləti və xüsusilə də cənab Putin ilə müzakirə eləmişik. Biz həm Ukrayna, həm də cənab Putin ilə danışıqlar apararaq vasitəçilik eləməyə hazırıq”.
Hürr Tərcüman