Ərdoğan Rusiya-Ukrayna müharibəsinin bitməsini istəməyənlərdən danışıb
2024-09-23 12:15:05
Hurriyyet.az xəbər verir ki, Türkiyə Prezidenti R.T.Ərdoğan Ukrayna münaqişəsinin nizamlanması üçün 2022-ci ildə İstanbulda keçirilən danışıqların "öz hədəfinə nail olmasını müəyyən lobbilərin istəmədiyini" bəyan edib. Türkiyə liderinin sözlərinə görə, Ankara Ukrayna münaqişəsinin nizamlanması üçün səy göstərib və göstərməyə davam edir.
"Anadolu Agentliyi"nin Prezident Ərdoğandan gətirdiyi sitatda deyilir: "İstanbuldakı danışıqlar Türkiyənin fəal rolunun nə qədər uğurlu olduğunu isbat etmişdi. Lakin müəyyən lobbilər bu səylərin hədəfinə nail olmasını istəmədilər". Ərdoğan bütün bunlara rəğmən, münaqişənin dayandırılması üçün Türkiyənin mümkün olan olan hər şeyi edəcəyini bildirib.
Hürr Tərcüman