Ərdoğan Rutte ilə danışdı: İsveç və Quran müzakirəsi...
2023-07-05 22:36:00
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Niderlandın Baş naziri Mark Rutte ilə telefon danışığı aparıb.
Bu barədə Türkiyə Prezident Administrasiyasının Kommunikasiya İdarəsi məlumat yayıb.
Görüşdə ikitərəfli əlaqələrlə yanaşı, İsveçin NATO-ya üzvlüyü, Avropada Qurana qarşı təxribat xarakterli hərəkətlər, regional və qlobal məsələlər müzakirə olunub.\\Axar.Az