📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Ərdoğan sabah Qarabağa gəlir

2026-11-07 22:14:06

Ərdoğan sabah Qarabağa gəlir

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan sabah Azərbaycana səfər edəcək.

Hurriyyert.net Türkiyə mediasına istinadən xəbər verir ki, bu barədə Türkiyə Prezident Administrasiyasının Kommunikasiya İdarəsinin rəhbəri Burhanəddin Duran məlumat yayıb.

Bildirilib ki, Ərdoğan Azərbaycan Prezidenti İlham Əliyevin dəvəti ilə Zəfər Günü münasibətilə Qarabağa səfər edəcək.

Səfər çərçivəsində iki ölkə prezidentinin ikitərəfli görüşü keçiriləcək.

Görüşdə Azərbaycan-Türkiyə əməkdaşlığının müxtəlif istiqamətləri, eləcə də regional və qlobal məsələlər müzakirə olunacaq.