📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Ərdoğan Şərq və Qərb ölkələrinə səfər edəcək

2023-08-05 11:18:00

Ərdoğan Şərq və Qərb ölkələrinə səfər edəcək

Hurriyyet.az xəbər verir ki, Türkiyə Prezidenti R.T.Ərdoğan İran körfəzi ölkələrinə və Almaniyaya səfərə hazırlaşır. Bu barədə məlumatı CNN Türk kanalı verib.

Kanalın verdiyi xəbərə görə, Türkiyə lideri avqust ayında Bəhreyn, Oman, Küveyt və İraq dövlətlərinə səfər edəcək. Sonra onun 9-10 sentyabr tarixlərində Hindistanda keçiriləcək “Böyük iyirmilik” (G-20) sammitində və 18-19 sentyabr tarixlərində ABŞ-da keçiriləcək BMT Baş Assamleyasının sessiyasında iştirakı gözlənilir. Sentabr ayında Almaniyaya səfər də planlaşdırılır.

Hürr Tərcüman