📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Ərdoğan şəxsi təyyarə ilə Şimali Kiprə gəldi

2025-05-03 16:05:49

Ərdoğan şəxsi təyyarə ilə Şimali Kiprə gəldi

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan şəxsi təyyarə ilə Şimali Kiprə səfər edib.

Hurriyyet.az xəbər verir ki, məlumatı Türkiyə mediası yayıb.

Ərdoğanın səfər çərçivəsində bir sıra qurumları ziyarət edəcəyi, eyni zamanda “Texnofest” Aviasiya, Kosmonavtika və Texnologiya Festivalının mükafatlandırma mərasiminə qatılacağı gözlənilir.

Bundan başqa, Türkiyə liderinin Şimali Kipr Prezidenti Ərsin Tatarla görüşü planlaşdırılır. Görüşdə Kipr problemi başda olmaqla, ikitərəfli münasibətlərin və beynəlxalq proseslərin müzakirə ediləcəyi vurğulanır.

Axar.az