📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Ərdoğan: “Sinan Oğanın təkliflərini qəbul etməyəcəyik”

2023-05-19 16:36:00

Ərdoğan: “Sinan Oğanın təkliflərini qəbul etməyəcəyik”

“Biz “ATA” İttifaqının prezidentliyə namizədi Sinan Oğanın təkliflərini qəbul etməyəcəyik”.

Hurriyyet.az xəbər verir ki, bunu "Cümhur İttifaqı"nın prezidentliyə namizədi, hakim Ədalət və İnkişaf Partiyasının (AK Parti) sədri, hazırkı dövlət başçısı Rəcəb Tayyib Ərdoğan deyib.

O bildirib ki, seçkilərin ikinci turunu hansısa siyasətçi yox, Türkiyə xalqı həll edəcək.

R.T.Ərdoğanın sözlərinə görə, 28 may Türkiyə demokratiyası üçün yeni təcrübə olacaq: “Xalqımızın gələcək bazar günündə baş tutacaq seçkilərdə demokratiya üçün seçki məntəqələrinə gedəcəyinə inanıram”.