Ərdoğan: “Stokholm terrorçuluqla mübarizədə qəti mövqe tutmalıdır”
2023-05-19 17:14:00
Hurriyyet.az “Vestnik Kavkaza” portalına istinadla xəbər verir ki, Türkiyə Prezidenti R.T.Ərdoğan hazırda Ankaranın İsveçin NATO-ya qəbul edilməsinə hazır olmadığını söyləyib. O, Stokholmu terrorçuluqla mübarizədə qəti mövqe tutmağa çağırıb. Ərdoğan bildirib ki, hazırda İsveç Türkiyədə qadağan edilmiş terror təşkilatlarının nümayəndələrinin buraya sığınmasına yol verir. Ona görə də, Ankara İsveçin hərbi alyansa daxil olmasına razılıq verə bilməz.
Hürr Tərcüman