Ərdoğan Suriyada yeni antiterror əməliyyatının başlanacağını bəyan etdi
2022-06-01 22:31:00
Hurriyyet.az “Anadolu Agentliyi”nə istinadla xəbər verir ki, Türkiyə Prezidenti R.T.Ərdoğan Suriyanın şimalında – Münbiçdə və Tel-Rüfətdə yeni antiterror əməliyyatı aparılacağını bəyan edib. Türkiyə dövlətinin başçısı deyib: “Türkiyə sərhədinin 30 kilometr dərinliyində yeni təhlükəsizlik zonasının yaradılması mərhələsi başlanır”.
Ərdoğanın sözlərinə görə, Tel-Rüfətlə Münbiçdən sonra Türkiyə ordusu Suriyanın PKK/YPG terrorçularının yuva saldığı digər sərhəd rayonlarında analoji əməliyyatlar aparacaq.
Ankara həmin əraziləri terrorçulardan təmizlədikdən sonra suriyalı qaçqınları vətənlərinə qaytarmağa hazırlaşır.
Hürr Tərcüman