📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Ərdoğan Şuşaya gəlməyəcək Səbəbi açıqlanıb

2024-07-04 20:46:10

Ərdoğan Şuşaya  gəlməyəcək Səbəbi açıqlanıb

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın iyulun 6-da Türkiyə-Niderland oyununu izləmək üçün Almaniyaya gedəcəyi, bu səbəbdən də həmin tarixdə nəzərdə tutulan Şuşa səfərinin ləğv edildiyi ilə bağlı məlumatlar yayılıb.

Türkiyənin NTV nəşri sözügedən tarixdə Şuşada keçiriləcək TDT dövlət başçılarının qeyri-rəsmi sammitində Ərdoğanı Türkiyənin vitse-prezidenti Cövdət Yılmazın əvəz edəcəyini bildirib.

Türkiyənin Azərbaycandakı səfirliyi Rəcəb Tayyib Ərdoğanın Azərbaycana səfərinin ləğv edilməsi və Almaniyaya getməsi haqda hansısa məlumatın daxil olmadığını bildirib.

Xatırladaq ki, Əliyevlə Ərdoğan ötən gün Astanada görüşüblər.