📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Ərdoğan terrorçulara xəbərdarlıq edib

2025-03-01 23:51:20

Ərdoğan terrorçulara xəbərdarlıq edib

Türkiyə terrorla mübarizədə son on ildə ciddi nəticə əldə edib.

Bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan şəhidlərin ailə üzvləri və qazilərlə iftar proqdamında çıxışı zamanı deyib.

O bildirib ki, indi bütün dünyada təyyarəsi, tankı, topu, raketi ilə fərqlənən Türkiyə var: “Biz başqalarının gündəmindən asılı vəziyyətə düşmədən, öz tariximizi yazırıq”.

Dövlət başçısı həmçinin terrorçulara xəbərdarlıq edib: “Sözlərinin üstündə durmasalar bizdən inciməsinlər. Son terrorçu məhv olunana qədər əməliyyatlarımızı davam etdirərik. Terrorsuz Türkiyə hədəfimizə çatmağımıza kimsə mane ola bilməyəcək”. \\Ölkə.az