📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Ərdoğan TŞ-ni toplayır

2024-01-25 10:29:58

Ərdoğan TŞ-ni toplayır

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Təhlükəsizlik Şurası ilə Ukraynadakı vəziyyəti müzakirə edəcək.

Hurriyyet.az xəbər verir ki, bu barədə Türkiyə liderinin administrasiyasındakı mənbə “RİA Novosti”yə bildirib.

“Prezident Ərdoğan bu gün Milli Təhlükəsizlik Şurasının iclasına sədrlik edəcək. İclasın gündəliyinə İsrailin Qəzzaya hücumları, bunun bölgə üçün nəticələri və münaqişənin yayılma riskinin müzakirəsi daxildir. Xarici işlər naziri Hakan Fidanın da iştirak etdiyi BMT Təhlükəsizlik Şurasının Fələstin üzrə iclasının nəticələrinə baxılacaq. Qırmızı dənizdəki son hadisələr və Rusiya-Ukrayna müharibəsinin də gündəmdə olacağı gözlənilir”, - mənbə bildirib.

axar.az