Ərdoğan Türkiyə ilə münasibət qura bilmək üçün Ermənistanın necə davranmalı olduğunu bəyan etdi
Nümayəndələr sabah, Moskva şəhərində görüşəcəklər
Hurriyyet.az “Vestnik Kavkaza” portalına istinadla xəbər verir ki, Türkiyə Prezidenti R.T.Ərdoğan Ankara ilə İrəvan arasındakı münasibətlərin nizamlanması çərçivəsindəki ilk görüş ərəfəsində Ermənistan rəhbərliyinə müraciət edib.
Ərdoğan xatırladıb ki, Azərbaycan öz topraqlarını işğaldan azad edəndən sonra Türkiyə Ermənistanla münasibətləri normallaşdırma prosesinin başlanmasını qərara alıb.
Ərdoğan deyib: “Atılan addımların gözlənilən nəticələri verməsi üçün Ermənistan regionda sülh imkanını düzgün qiymətləndirməli və Azərbaycanla müsbət münasibətlər qurmalıdır”.
Xatırladaq ki, xüsusi nümayəndələrin – Türkiyədən Serdar Kılıçla Ermənistandan Ruben Rubinyanın ilk görüşü sabah, Rusiyanın paytaxtı Moskva şəhərində keçiriləcəkdir.
Hürr Tərcüman