📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Ərdoğan: "Türkiyə Krımın Ukraynaya qaytarılmasının tərəfdarıdır"

2024-09-11 15:29:25

Ərdoğan:

Hurriyyet.az xəbər verir ki, Türkiyə Prezidenti R.T.Ərdoğan Krım platformasının liderlərinin IV sammitinə videomüraciət ünvanlayıb. Bu barədə "Anadolu Agentliyi" məlumat yayıb.
Ərdoğan öz çıxışında sammit təşkilatçılarına, xüsusilə də Ukrayna Prezidenti Vladimir Zelenskiyə, Krım tatarları xalqının lideri Mustafa Cəmilevə minnətdarlığını bildirib, sammitin Krım tatarlarının deportasiyasının 80 illiyi ilə üst-üstə düşdüyünü xatırladıb. Ərdoğan məcburi köçkünlərin yarasının artıq 80 ildir sızladığını bildirərək deyib: "Krımın işğalını Türkiyə ilk gündən etibarən tanımayıb. Bu işğal Ukraynanın ərazi bütövlüyünün və suverenliyinin pozulması ilə bağlı əziyyətləri daha da ağırlaşdırıb. Biz daim onun müstəqilliyini dəstəkləmişik. Krımın Ukraynaya qaytarılması isə - beynəlxalq hüququn tələbidir".
Ərdoğan Krım tatarlarının hüquqlarının və rifahının müdafiəsinin Türkiyənin xarici siyasətinin prioriteti olduğunu qeyd edib.
Hürr Tərcüman