📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Ərdoğan Türkiyədə Prezident seçkilərinin keçiriləcəyi vaxtı açıqladı

2023-01-07 15:36:00

Ərdoğan Türkiyədə Prezident seçkilərinin keçiriləcəyi vaxtı açıqladı

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ölkəsində prezident seçkilərinin may ayında keçiriləcəyini açıqlayıb.

Hurriyyet.az “TRT haber”ə istinadən xəbər verir ki, Türkiyə Prezidenti bu barədə Antalyada keçirilən açılışda danışıb.

“Önümüzdə 5 ay var, 5 ay boyunca dayanmaq yoxdur”, - deyə Ərdoğan bildirib.

Qeyd edək ki, daha öncə Ərdoğan Türkiyədə prezident seçkilərinin mövsüm şərtlərini nəzərə alaraq iyunun 18-i deyil, bir qədər tez keçirilə biləcəyini demişdi.