Ərdoğan Türkiyədə seçkilərin nə zaman keçiriləcəyi barəsində açıqlama verdi
2021-11-23 16:29:00
Hurriyyet.az TASS informasiya agentliyinə istinadən xəbər verir ki, Türkiyə Prezidenti R.T.Ərdoğan parlamentdəki çıxışı zamanı ölkədə növbədənkənar prezident və parlament seçkilərinin keçirilməyəcəyini bildirib.
Qeyd edək ki, Türkiyədə lirənin rekord səviyyədə ucuzlaşması fonunda müxalifət qüvvələri növbədənkənar seçkilər keçirilməsini tələb edirlər.
Ərdoğan deyib: “Biz istisnasız olaraq bütün seçkilərdən qalib çıxmışıq. Mən bəyan edirəm ki, növbədənkənar seçkilər olmayacaq, seçkilər planlaşdırıldığı kimi 2023-cü ildə keçiriləcək”.
Hürr Tərcüman