📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Ərdoğan: “Üçtərəfli Bəyanata əsasən, erməni silahlı dəstələri Azərbaycandan çıxarılmalıdır”

2022-03-31 18:45:00

Ərdoğan: “Üçtərəfli Bəyanata əsasən, erməni silahlı dəstələri Azərbaycandan çıxarılmalıdır”

Hurriyyet.az “Akşam” nəşrinə istinadla xəbər verir ki, Türkiyə Prezidenti R.T.Ərdoğan Qarabağdakı son gərginliklə bağlı jurnalistlərin suallarına cavab verərkən deyib: “Azərbaycan Üçtərəfli Bəyanatın prinsiplərinə tam şəkildə əməl edir. Ona görə də, Azərbaycan tərəfindən qayda pozuntusundan söhbət gedə bilməz. Burada Azərbaycana qarşı hücumdan söhbət gedir. Bunun üçün müdafiə məqsədi ilə cavab verilib. Əsas odur ki, Üçtərəfli Bəyanatın maddələrinə uyğun olaraq, Ermənistanın silahlı dəstələri Azərbaycanın beynəlxalq səviyyədə tanınmış ərazilərindən tamamilə çıxarılması təmin edilsin”.

Hürr Tərcüman