📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Ərdoğan üçüncü müddətə namizədliyini verməyəcək

2023-05-19 20:23:00

Ərdoğan üçüncü müddətə namizədliyini verməyəcək

Türkiyənin Prezidenti Rəcəb Tayyib Ərdoğan yenidən prezident seçiləcəyi təqdirdə üçüncü dəfə prezidentliyə namizəd olmayacağını bildirib.

Bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan CNN telekanalına müsahibəsində deyib.

“Mövcud qanunlara görə, prezident yalnız iki dəfə seçilə bilər. Mənim birinci səlahiyyət müddətim başa çatıb, hazırda ikinci müddətə seçkilər gedir. İkinci müddətə yenidən seçilməklə bu proses uğurla başa çatacaq”, - deyə o, aparıcının 2033-cü ilə qədər ölkəyə rəhbərlik edib-etməyəcəyi ilə bağlı sualına cavab verərkən deyib. \\Report