📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Ərdoğan Ukraynaya getdi - Yenilənir

2022-08-18 16:17:00

Ərdoğan Ukraynaya getdi - Yenilənir

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Ukraynada səfərdədir.

Hurriyyet.az xəbər verir ki, o, Lvov şəhərinə çatıb. 

Ukrayna lideri Zelenski ilə görüşəcək Ərdoğanın heyətində BAYKAR-ın baş direktoru Haluk Bayraktarın da olması diqqət çəkib. Qeyd edək ki, PUA-lar müharibədə fəal rol oynadığından Bayraktar həm Zelenski, həm də Ukrayna xalqı tərəfindən sevilir.

Prezident Ərdoğanı səfərdə, Xarici İşlər naziri Mövlud Çavuşoğlu, Enerji və Təbii Sərvətlər naziri Fatih Dönmez, Milli Müdafiə Naziri Hulusi Akar, Kənd Təsərrüfatı və Meşə Naziri Vahit Kirişçi, Ticarət naziri Mehmet Muş, Milli Kəşfiyyat Təşkilatının rəhbəri Hakan Fidan, Rabitə rəhbəri Fahrettin Altun, Prezident Administrasiyasının sözçüsü İbrahim Kalın, Müdafiə Sənayesi sədri İsmail Dəmir, AK Partiya sədr müavini və partiya sözçüsü Ömər Çelik və Baykar baş direktoru Haluk Bayraktar da müşayiət edir.

***

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Ukraynaya səfərə yollanıb.

Hurriyyet.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, onun təyyarəsi Ankaradakı Esenboğa hava limanından yola düşüb.

Ərdoğan Lvov şəhərində BMT Baş katibi Antonio Quterreş və həmkarı Volodimir Zelenski ilə ikitərəfli və üçtərəfli görüşlər keçirəcək.

Liderlərin Ukraynadakı durumu, o cümlədən taxıl ixracı prosesini müzakirə edəcəkləri gözlənilir.

***

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Ukraynaya səfərə yollanır.

Hurriyyet.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, o, hazırda Ankaradakı Esenboğa hava limanındadır.

Ərdoğan Lvov şəhərində BMT Baş katibi Antonio Quttereş və həmkarı Volodimir Zelenski ilə ikitərəfli və üçtərəfli görüşlər keçirəcək. Liderlərin Ukraynadakı durumu, o cümlədən taxıl ixracı prosesini müzakirə edəcəkləri gözlənilir.

Qeyd edək ki, bu, müharibə başlayandan bəri Ərdoğanın Ukraynaya ilk səfəridir.