Ərdoğan və Əsəd Moskvada görüşə bilər
2024-07-22 22:17:09
Türkiyə və Suriya prezidentləri Rəcəb Tayyib Ərdoğan və Bəşər Əsəd arasında 2011-ci ildən bəri ilk görüş Moskvada baş tuta bilər.
Hurriyyet.Az axar.az-a istinadən xəbər verir ki, belə bir iddia ilə "Deyli Sabah" qəzeti çıxış edib.
Nəşrin məlumatına görə, İraqın Baş naziri Məhəmməd əl-Sudani görüşə dəvət oluna bilər, lakin çox güman ki, İran dəvət edilməyəcək.
Hələlik Türkiyə rəsmiləri məsələni şərh etməyiblər.