Ərdoğan və xanımı səs verdi
2023-05-14 13:07:00
Sinan Oğan və Kemal Kılıçdaroğlunun ardından Türkiyə prezidenti Rəcəb Teyyub Ərdoğan da səs verib. Ərdoğan vətəndaşlıq borcunu qeydiyyatda olduğu İstanbul şəhərində, Üsküdar rayonunda yerinə yetirib.
Hurriyyet.az xəbər verir ki, dövlət başçısı Bakı vaxtı ilə 12.53-də səs verib. Onu xanımı Əminə Ərdoğan və tərəfdarlarından ibarət böyük bir izdiham müşayiət edib.
R.Ərdoğandan sonra Ə.Ərdoğan da səsvermə prosesində iştirak edib.