📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Ərdoğan Vuçiçi qəbul etdi

2026-02-12 19:41:26

Ərdoğan Vuçiçi qəbul etdi

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Ankaraya rəsmi səfərə gələn serbiyalı həmkarı Aleksandr Vuçiçi qəbul edib.

“Qafqazinfo” xəbər verir ki, Prezident Sarayında təşkil olunan rəsmi qarşılanma mərasimində hər iki ölkənin dövlət himnləri səsləndirilib, prezidentlər fəxri qarovul dəstəsinin önündən keçiblər.

Qeyd edək ki, görüşlərin yekunu olaraq müxtəlif sahələri əhatə edən yeni əməkdaşlıq sənədlərinin imzalanması və birgə mətbuat konfransının keçirilməsi gözlənilir.