Ərdoğan Xocalı soyqırımının ildönümü ilə əlaqədar başsağlığı verdi
2024-02-26 23:16:28
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Xocalı soyqırımının ildönümü ilə əlaqədar Azərbaycan Prezidenti İlham Əliyevə və xalqına başsağlığı verib.
Bu barədə o, Azərbaycan Prezidenti İlham Əliyevlə fevralın 26-da baş tutan telefon danışığında bildirib.
Dövlət başçısı başsağlığına görə minnətdarlığını ifadə edib. \\Metbuat.Az