📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Ərdoğan yenidən zəlzələ bölgəsinə getdi - Yenilənib

2023-02-10 16:03:00

Ərdoğan yenidən zəlzələ bölgəsinə getdi - Yenilənib

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan zəlzələdən zərərgörən bölgələrə səfərini davam etdirir.

Hurriyyet.az “TRT Haber”ə istinadən xəbər verir ki, Ərdoğan bu gün Adıyaman və Malatyaya səfər edəcək.

Türkiyə lideri həmin ərazilərdə görülən işlərlə tanış olacaq.

Xatırladaq ki, Ərdoğan bundan əvvəl zəlzələ nəticəsində dağıntıların baş verdiyi Kahramanmara, Hatay, Osmaniye, Qaziantep və Kilisə səfər edib.

***

Ərdoğan Adıyamana səfər edib. O, buradan Malatyaya yollanacaq.