📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Ərdoğan: “Yunanıstanın Baş naziri mənim üçün daha yoxdur”

2022-05-24 13:04:00

Ərdoğan: “Yunanıstanın Baş naziri mənim üçün daha yoxdur”

Hurriyyet.az “Anadolu Agentliyi”nə istinadla xəbər verir ki, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Yunanıstanın Baş naziri Kiriakos Miçotakisin onun üçün “daha mövcud olmadığını” bildirərək, yunan liderini ABŞ-a səfəri zamanı Türkiyəyə F-16 qırıcılarının satışını əngəlləmək cəhdində ittiham edib.

Ərdoğan dünən Nazilər Kabinetinin həftəlik iclasından sonra keçirdiyi mətbuat konfransında deyib: “Biz (Kiriakos Miçotakislə söhbətimizdə) üçüncü ölkələri Yunanıstanla Türkiyə arasındakı mübahisələrə daxil eləməmək barəsində razılaşdıq. Aramızdakı bu razılaşmaya baxmayaraq, ABŞ-a rəsmi səfəri zamanı Yunanıstanın Baş naziri Konqressdə çıxış edib və onları Türkiyəyə F-16 təyyarələri satmamağa çağırıb. Hesab edirəm ki, ABŞ F-16 satışı ilə bağlı qərarını verərkən, Miçotakisin dediklərinə əhəmiyyət verməyəcək”.

Dövlət başçısı bildirib ki,  Yunanıstanın Baş nazirinin ABŞ-a səfəri zamanı antitürk çıxışları üzündən Ankara Türkiyə-Yunanıstan Strateji Şurasının planlaşdırılmış iclasını keçirməyəcək.

 “Biz Yunanıstanla Strateji Şuranın iclasını keçirməyə hazırlaşırdıq. Lakin, Miçotkis daha mənim üçün yoxdur. Bir daha onunla görüşməyə razı olmayacağam. Biz öz yolumuza hörmətli siyasətçilərlə davam edəcəyik”.

Hürr Tərcüman