📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Ərdoğan Zelenski barədə Putinə nə deyib?

2022-03-05 23:36:00

Ərdoğan Zelenski barədə Putinə nə deyib?

"Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Rusiya lideri Vladimir Putinə Vladimir Zelenskinin onunla Türkiyədə görüşmək niyyəti barədə məlumat verib, Ankara bu istiqamətdə işi davam etdirəcək”.

Bu sözləri Türkiyə prezidentinin mətbuat katibi İbrahim Kalın deyib.

“Artıq prezidentimiz bu mesajı Putinə çatdırıb. Bu istiqamətdə işimizə davam edəcəyik. Bu cür görüşün keçirilməsi sözsüz ki, vəziyyətə müsbət təsir göstərəcək. Türkiyə öz töhfəsini verməyə hazırdır”, - deyə İ.Kalın qeyd edib. \\Ölkə.az