📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Ərdoğan: “Zelenski çox narahatdır, onu aldadanlar çoxdur"

2022-08-22 20:26:00

Ərdoğan: “Zelenski çox narahatdır, onu aldadanlar çoxdur

Ərdoğan Zelenskinin tez-tez aldadılması ilə bağlı narahatlığından danışıb.

Bu barədə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Manisada üzüm bağlarına səfəri zamanı bildirib.

Ərdoğanın sözlərinə görə, Ukrayna Prezidenti Volodimir Zelenski ətrafındakı insanların onu tez-tez aldatmasından çox narahatdır.

Bundan əvvəl Ukrayna Prezidenti qeyd edib ki, Rusiya xüsusi əməliyyatı başlayandan sonra bəzi deputatlar və hüquq-mühafizə orqanlarının əməkdaşları ölkəyə xəyanət ediblər. Belə ki, fermerlərdən birinin Zelenskinin vəziyyəti ilə bağlı sualına Ərdoğan belə cavab verib: “O, çox narahatdır. Ətrafında onu çox aldadanlar var”.\\Konkret.az