📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Ərdoğan Zelenski ilə DANIŞDI

2023-07-21 22:48:00

Ərdoğan Zelenski ilə DANIŞDI

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan ilə Ukrayna lideri Volodimir Zelenski arasında telefon danışığı olub.

Hurriyyet.Az xəbər verir ki, bu barədə Türkiyə prezidentinin mətbuat xidməti məlumat yayıb.

“Prezident Rəcəb Tayyib Ərdoğan Ukrayna Prezidenti Volodimir Zelenski ilə onun xahişi ilə telefon danışığı aparıb. Hər iki lider Qara dəniz taxıl dəhlizi sazişinin uzadılması məsələsini ətraflı müzakirə ediblər. Ərdoğan Türkiyənin Ukraynada sülhün bərqərar olması üçün fəal səylər göstərdiyini vurğulayıb”, – deyə məlumatda bildirilir.