📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Ərdoğan Zelenski ilə danışıqlardan sonra Putinlə görüşə bilər

2023-07-07 14:45:00

Ərdoğan Zelenski ilə danışıqlardan sonra Putinlə görüşə bilər

Hurriyyet.az xəbər verir ki, “A Haber” kanalının verdiyi məlumata görə, Türkiyə Prezidenti R.T.Ərdoğan İstanbulda Ukrayna Prezidenti Vladimir Zelenski ilə bu gün keçirdiyi görüşdən sonra Ukraynadakı münaqişənin nizamlanması məqsədi ilə rusiyalı həmkarı Vladimir Putin ilə görüşə bbilər.  

“A Haber” kanalının iddiasına görə, görüş hökmən Türkiyədə və əyani şəkildə baş tutacaqdır.

Kremlin mətbuat katibi Dmitri Peskov Putin-Ərdoğan görüşünün mümkün olduğunu, lakin belə bir görüşün konkret tarixinin müəyyənləşdirilmədiyini deyib.

Hürr Tərcüman