Ərdoğan Zelenski ilə görüşəcək
2025-05-15 11:54:47
Hurriyyet.az TASS informasiya agentliyinə istinadla xəbər verir ki, Türkiyə Prezidenti R.T.Ərdoğan mayın 15-də, Ankarada Ukrayna Prezidenti Vladimir Zelenski ilə görüşəcək.
Rəsmi görüşün Türkiyə vaxtı ilə 13.00-da, Prezident sarayında keçirilməsi planlaşdırılıb. Ardından təkbətək görüş, nümayəndə heyətləri ilə birgə görüş və işgüzar nahar planlaşdırılıb.
Buna paralel şəkildə İstanbulda Rusiya və Ukrayna heyətlərinin danışıqları keçiriləcək. Rusiya heyətinə RF Prezidentinin köməkçisi Vladimir Medinski başçılıq edəcək. Heyətə RF xarici işlər nazirinin müavini Mixail Qaluzin, RF Silahlı Qüvvələrinin Baş Qərargah rəisi İqor Kostyukov, müdafiə nazirinin müavini Aleksandr Fomin daxildirlər.
Hürr Tərcüman