📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Ərdoğan Zelenski, Paşinyan və Pezeşkianla görüşəcək

2024-09-23 14:15:24

Ərdoğan Zelenski, Paşinyan və Pezeşkianla görüşəcək

Hurriyyet.az xəbər verir ki, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan (BMT-nin Baş Assambleyasında iştirak eləmək üçün) ABŞ-a səfəri çərçivəsində ukraynalı həmkarı Vladimir Zelenski, Ermənistanın Baş naziri Nikol Paşinyan və İran Prezidenti Məsud Pezeşkian ilə danışıqlar aparacaq. Bu barədə Türkiyənin "Sabah" nəşri məlumat verib.
Nəşrin məlumatına görə, Prezident Ərdoğan ABŞ-dakı görüşlərinin əksəriyyətini Nyu-York şəhərindəki Türk Evində keçirəcək. 
Ərdoğanın İraq Prezidenti Məhəmməd Şiə Əl Sudani, BMT-nin Baş katibi Antoniu Quterreş, Almaniya kansleri Olaf Şolts, Serbiya lideri Aleksandr Vuçiçlə də görüşlər keçirəcəyi gözlənilir.
Hürr Tərcüman