📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Ərdoğan zəlzələ qurbanlarının sayını açıqladı

2023-03-06 23:28:00

Ərdoğan zəlzələ qurbanlarının sayını açıqladı

Hurriyyet.az “Anadolu Agentliyi”nə istinadla xəbər verir ki, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan 6 mart tarixili çıxışında 6 fevral tarixində baş vermiş zəlzələlər və sonrakı ardıcıl təkanların Cumhuriyyət tarixində ən çox insan itkisinə, dağıntıya, faciəyə səbəb olduğunu bildirərək xalqa başsağlığı verib. Ərdoğan deyib: “Zəlzələdə həyatını itirən 46 104 nəfər vətəndaşımıza Allahdan rəhmət, yaxınlarına səbir və başsağlığı diləyirəm”.

Rəsmi məlumata görə, Türkiyədə son bir ay ərzində baş vermiş ardıcıl zəlzələlər nəticəsində 46 104 nəfər dünyasını dəyişib, 17 239 yaralıdan 16 124 nəfəri xəstəxanadan çıxıb, 1 115 nəfərin müalicəsi davam edir.

Hürr Tərcüman