📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Ərdoğandan Aşura paylaşımı

2023-07-29 00:14:00

Ərdoğandan Aşura paylaşımı

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Məhərrəm ayının onuncu günü – Aşura ilə bağlı müsəlman dünyasına müraciət edib.

Hurriyyet.az xəbər verir ki, bu barədə o, özünün "Twitter" səhifəsində paylaşım edib.

“Aşura günündə xalqımıza və bütün İslam dünyasına salamlarımı çatdırıram. Məhərrəm ayının bütün bəşəriyyətə sülh və firavanlıq gətirməsini diləyirəm”, - o qeyd edib.

Ərdoğan İmam Hüseynin və əshabələrinin şəhadəti ilə bağlı onların xatirəsini ehtiramla andığını yazıb.