Ərdoğandan Lukaşenkoya dəvət
2022-10-13 18:14:00
Hurriyyet.az xəbər verir ki, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan bu gün Astanda görüş zamanı belaruslu həmkarı Aleksandr Lukaşenkonu Ankaraya dəvət edib. Bu barədə məlumatı Belarus Prezidentinin mətbuat katibi Natalya Eysmont verib.
Onun sözlərinə görə, Ərdoğanla Lukaşenkonun Astanada Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirənin 6-cı Zirvə Toplantısındakı görüşü “əvvəlcədən çox ciddi şəkildə” hazırlanıbmış. Eysmont deyib: “Görüş zamanı gözlənilmədən yaxın zamanda görüşüb söhbətə Ankarada davam eləmək təklif edildi. Prezident Ərdoğan Belarus liderini Türkiyəyə dəvət etdi”.
Hürr Tərcüman